Layihənin məqsədi

“TechFall 2016 Hackathon” layihəsinin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir. Barama İnnovasiya və Sahibkarlıq mərkəzi və WoWomen olaraq təşkil edəcəyimiz bu layihənin Azərbaycan gəncləri üçün məqsədyönlü olacağını düşünürük və bu cür layihələrin davamlı olacağına ümid edirik.