TechFall haqqında

“TechFall 2016 Hackathon” layihəsi AZERCELL və PAŞA Bank şirkətlərinin baş sponsorluğu , Barama İnnovasiya və Sahibkarlıq mərkəzi və WoWoman platformasının təşkilatçılığı ilə baş tutacaq mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Bu layihədə yaşı 18-dən yuxarı və bu sahə üzrə fəaliyyət göstərən hər kəs iştirak edə bilər. Layihəyə 3 nəfərdən ibarət komanda formasında müraciət etmək mümkündür. İlk seçim mərhələsində komandalardan qeydiyyat bölməsində olan xanaları doldurmak tələb olunur. Burada həmçinin komandalar indiyədək hazırladıqları mobil tətbiqetmələrin URL linkini yerləşdirməlidirlər. Son qeydiyyat tarixi: 31 oktyabr.

Daha sonra komandalar hazırladıqları tətbiqetməni təqdim etmək üçün ofisimizə dəvət olunacaqlar. Bu mərhələni uğurla keçən 15 komanda final mərhələsinə vəsiqə qazanacaq.

5-6 noyabr tarixlərində keçiriləcək final mərhələsində isə komandalar püşkatma vasitəsilə mövzu seçib, həmin mövzu üzərində 36 saat ərzində tətbiq hazırlayacaqlar. Təqdim olunan tətbiq ilk öncə texniki juri tərəfindən qiymətləndiriləcəkdir. Veriləcək qiymət – 60 % təşkil edəcək. 9 noyabr tarixində keçiriləcək təqdimat mərasimində isə komandalar öz mobil tətbiqlərini peşəkar juri qarşısında təqdim edəcəklər. Burda isə qazanılacaq qiymətlər 40 % dəyərində olacaqdır.

“TechFall” yarışmasında ilk yerin sahibləri AZERCELL və PAŞA Bank şirkətləri tərəfindən 3 ədəd Huawei telefonu,2-ci yerin sahibləri “Step IT” akademiyasından IT kurslarda 1 aylıq kursda iştirak kuponu, 3-cü yerin sahiblərin isə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələrlə təltif olunacaqlar.