Hachathon — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hakatonda proqramçılar müəyyən olunmuş vaxt ərzində proqramlaşdırma sahəsində öz məharətlərini göstərirlər. Hackhaton-lar mütəmadi dünyanın bir çox yerində, adətən Google, Netflix, Facebook, HP və Microsoft kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Belə yarışmalar adətən bir və ya yeddi gün müddətində başa çatır. Hackday-də iştirakçılar ya müəyyən olunmuş bir şablon üzərində çalışırlar ya da hər şeyə öz seçdikləri proqramlaşdırma dili ilə sıfırdan başlayırlar. Amma bəzi yarışmalarda iştirakçılar yalnızca müəyyən edilmiş proqramlaşdırma dillərindən istifadə edə bilirlər.

hack2