2009 - İdeya sizdən - dəstək bizdən
 İnkubasiya Proqramı

İnkubasiya Proqramı

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi rezidentlərinə öz fikirlərini biznesə çevirmək üçün xüsusi hazırlanmış inkubasiya proqramı təqdim edir.

İnkubasiya proqramı 3, 6, 9, 12 və 18 aylıq müqavilələrlə tənzimlənir.

Bu proqramın xüsusi metodologiyasına əlavə olaraq, hər bir layihə müəyyən xüsusiyyətlərinə əsasən layihə rəhbərlərinin iştirakı ilə xüsusi bir şəkildə inkişaf edir.

İnkubasiya proqramı layihə menecerinin və mərkəzin rəhbərliyinin iştirakı ilə layihənin işlənib hazırlanması ilə başlanır.

Startupların ehtiyaclarından asılı olaraq, hər mərhələ müəyyən performans göstəriciləri ilə ölçülür və mərkəz tərəfindən lazımi yardım və dəstəklə təmin olunur.

Qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində, layihə Barama ilə birgə ideyanı tədricən biznesə çevirir və inkubasiya dövrünün sonunda müstəqil bir şirkət kimi fəaliyyətə başlayır.

 İnkubasiya proqramı aşağıdakı təlim sessiyalarını əhatə edir:

  • Bazar araşdırması
  • Məhsulun inkişaf prosesi
  • Prototipin yaradılması (MVP)
  • Hüquqi Məsələlər
  • Maliyyə Əsasları
  • Maliyyələşmə mərhələləri
  • Biznesin təşkili
  • Marketinq və Satış Strategiyaları
  • Patentlər və Ticarət nişanları