2009 - İdeya sizdən - dəstək bizdən
Green Baku

Green Baku

Ətraflı məlumat

“Green Baku” - yenidən emal olunmuş materiallardan dəftərxana ləvazimatları istehsal edən 100% Azərbaycan ekoloji brendidir. Ölkə bazarında ilk olan “Green Baku” öz məhsulları ilə bazarda unikallığa sahibdir. Dəftərxana məhsullarında əsasən istifadə olunan adi kağızdan fərqli olaraq, məhsullarımızın istehsalında istifadə olunan xammal təbiətə və ağaclara heç bir ziyan vurmur. Xammal olaraq təkrar emal olunmuş kağızdan istifadə olunur. Məhsullar Azərbaycanda istehsal olunduğundan istənilən ölçü və dizaynda hazırlamaq mümkündür. “Green Baku” start-up layihəsinin inkişafında əsas 3 məqsəd irəli sürülmüşdür:

  • 100% Azərbaycan ekoloji brendini yaratmaq
  • Bakı və regionlarda təkrar-emal ideyasını təbliğ etmək
  • Ətraf mühitin qorunması sahəsində maarifləndirmə

İlkin olaraq, məhsulların assortimentinə daxildir:

  • Bloknotlar (A4, A5, A6)
  • Albomlar (A4, A5)
  • Ekooji təmiz dəftərlər (A4, A5)
  • Hər növ zərflər (diplomat, A4, A5, post)
  • Ofis kağızı (A4)
  • Kağız qovluğu
  • Eko-təqvimlər (istənilən ölçüdə)
  • Eko-stikerlər
  • Eko kağız paketlər
  • CD qabları
  • Vizitkalar və s.

“Green Baku”-un fəaliyyəti və məhsulları barədə daha ətraflı rəsmi veb səhifəmiz www.greenbaku.az saytından əldə edə bilərsiniz