2009 - İdeya sizdən - dəstək bizdən
Barama məktəblilər üçün yeni layihəyə başlayır

Barama məktəblilər üçün yeni layihəyə başlayır

21 Dekabr 2017

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə məktəblilərin inkişafına yönəlik daha bir layihənin icrasına başlayır. Yeni layihə “Azərbaycan Britaniya College” şirkəti  ilə birlikdə həyata keçiriləcək. 21 dekabr tarixində tərəflər arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən məktəblilər üçün xüsusi təlim proqramları təşkil olunacaq. “Entrepreneurship school”, “İT məktəb” və “İT Media” adlı 3 hissədən ibarət olan proqramda  sahibkarlığın əsasları, uğurlu startapların nümunələri və təqdimatlar, proqramlaşdırmanın əsasları kimi təlimlərin aparılması nəzərdə tutulur.

Bundan əlavə startaplara məktəbdən real biznes aləminə daxil olanadək dəstəyin göstərilməsi, praktiki seminarların aparılması, yay-qış məktəbi proqramlarının, məktəblilər arasında Hackaton yarışmalarının təşkili və İT üzrə Olimpiadalara hazırlıq kurslarında məktəblilərin iştirakı da proqrama daxildir. Onu da qeyd edək ki, əməkdaşlıq çərçivəsində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində məktəblilər üçün yeni ofis də açılacaq.

Nəzərinizə çatdıraq ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bir müddət əvvəl məktəblilər üçün daha bir layihə həyata keçirdi. “Coding Kids – Summer IT School” adlı layihə çərçivəsində uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilib. 

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 2009-cu ildə Azercell Telekom MMC tərəfindən Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirmək məqsədilə yaradılıb.

Oxşar Məlumatlar

Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır
11 Mart 2013
Elm və Texnologiya Sahibkarlığı Proqramı yenidən başlayır
Ətraflı
Google şirkətinin nümayəndəsi ilə görüş keçirildi
24 Yanvar 2013
Google şirkətinin nümayəndəsi ilə görüş keçirildi
Ətraflı
Barama və eTədris layihəsi Mobil Rabitə şəbəkələri mövzusunda seminar keçirdi
12 Yanvar 2013
Barama və eTədris layihəsi Mobil Rabitə şəbəkələri mövzusunda seminar keçirdi
Ətraflı