barama-logo (1)

Barama İnnovasiya və Sahibkarlıq mərkəzi

Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir.

Baramanın fəaliyyətdə olduğu 5 il ərzində mərkəz bir çox uğura imza atmışdır. Belə ki, mərkəzdə 30-dan çox layihə fəaliyyətə başlamış, onlardan 20-i uğurla başa çatmış, hal-hazırda fəaliyyətdə olan 4 uğurlu şirkət yaranmışdır. Bir layihə Amerika Birləşmiş Ştatlarında, Virginia ştatında şirkətləşmişdir.

Mərkəzin Azercell və CRDF Global təşkilatçılığı ilə keçirdiyi “Elm və Texnologiya Sahibkarlıq Proqramında” 3 layihəyə gələcək inkişaf üçün qrant almış, 6 layihə isə ABŞ-ın Kaliforniya ştatına, Silikon Vadisinə səyahət edərək dünyanın öndəgedən şirkətləri ilə tanış olmuş, təcrübəli və dünya saviyyəli investorlar və biznes insanları ilə görüşmüşlər.

2014-cü ildən başlayaraq Barama öz fəaliyyətini daha üstün səviyyəyə daşıyaraq professional biznes inkubator kimi formalaşmış və  “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi” adı altında ictimaiyyətə təqdim olunmuşdur. Bu ildən başlayaraq Barama sahibkarlara aşağıdakı dəstəkləri təqdim edir:

  • 7/24 saat fəaliyyətdə olan innovativ ofis.
  • Kompyuter, internet və layihələrin ehtiyacı olan müxtəlif texniki dəstək.
  • Startup-ın biznesə çevrilməsi üçün xüsusi yaradılmış, individual inkubasiya proqramı
  • Azercell şirkəti tərəfindən İKT, hüquq, maliyyə, biznesin inkişafı, strategiya, patrnyorluq və marketing konsultasiyaları
  • Azercell şirkəti tərəfindən telekommunikasiya dəstəyi
  • Azərbaycandan, ABŞ-dan, Kanadadan, Böyük Britaniyadan, Rusiya və Türkiyədən olan yerli və xarici mentor komandası ilə sıx əməkdaşlıq.
  • Barama Biznes Alyansı.
  • İnkubasiya proqramını bitirmiş layihələrə partnyorluq görüşlərinin təşkili.
  • İnkubasiya proqramını bitirmiş layihələrlə investorların görüşlərinin təşkili
  • Dünyanın müxtəlif ölkələrindən olan biznes inkubator partnyorlarımız ilə əlaqələr
  • Startup Exchange Proqramı.
  • Telia Sonera şirkətlər qrupu xətti ilə Avrasiya regionunda 20-dən artıq ölkə ilə əlaqə imkanı.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi bundan əlavə startup-ların individual ehtiyaclarının qarşılanmasını da təmin edir.

Leave a Reply

Your email address will not be published.

Name *
Email *
Website